"Bütün formatlardakı danışıqlarda məğlubiyyətə uğrayıb, ofsayd vəziyyətinə düşən Ermənistan yenə də destruktiv fəaliyyətindən əl çəkmək niyyətində deyil. Ermənistan tərəfi yenə də hər vasitə ilə danışıqlar prosesindən yayınaraq vaxt qazanmağa çalışır. Amma bu cəhdlərin Ermənistan üçün heş bir müsbət nəticəsi olmayacaq. Danışıqlar prosesində yayınaraq vaxt qazanmaq cəhdi İrəvanın ziyanına işləyir. Əslində bu Ermənistan üçün vaxt itkisidir".
Bunu Demokratikmusavat.com -a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.
O bildirib ki, son zamanlarda Moskvanın təşəbbüsü ilə İrəvanla Bakı arasında danışıqlar prosesini irəli aparmaq istiqamətində cəhdlər edilməkdədir. "Lakin bu cəhdlərə İrəvan tərəfindən müsbət reaksiya verilmir. Ermənistanın baş naziri Nikol Paşinyan sülh əvəzinə bölgənin yenidən “barıt çəlləyinə” çevrimək üçün maraqlı güclərin toqquşma məkanına çevirmə yolunu seçib. Təəssüflə qeyd etmək lazımdır ki, bölgədə sülhün deyil, gərginliyin davam etməsində maraqlı olan güclər də Ermənistanı bu avantüraya sürüklədiyinin də şahidi olmaqdayıq. Əgər Ermənistan düşünürsə ki, vaxt uzatmaqla nəyəsə nail olacaq, yanılır. Bundan itirən tərəf hər zaman olduğu kimi, yenə də Ermənistan olacaq", - o qeyd edib.
Sabiq deputat əlavə edib ki, Bakı İrəvandan fərqli olaraq bölgədədayanıqlı sülhün əldə olunması üçün istənilən formatda danışıqlara hazır olub və bundan heç zaman imtina etməyib: "Baxmayaraq ki, qalib tərəf Azərbaycandır. Amma yenə də bölgədə dayanıqlı sülhə xidmət edən platformalarda danışıqlardan imtina etməyib. Lakin biz Ermənistan tərəfinin zaman-zaman söz verdiyi və ya üzərinə götürdüyü öhdəliklərdən imtina etməsini şahidi olmuşuq və yenə də buna şahidlik etməkdəyik".
Paşinyanın Bakı ilə ikitərəfli formatda danışıqlarda maraqlı olması barədə səsləndirdiyi fikrə gəldikdə isə Yusifov deyib ki, belə bir təkliflə ilk dəfə Azərbaycan tərəfi çıxış edib: "Lakin Ermənistan tərəfi sonradan bundan boyun qaçırıb. İrəvan addımlarında səmimi olarsa Bakı üçün problem yoxdur. Təki istənilən addıma nəticədə bölgədə dayanıqlı sülhə xidmət etsin. Ancaq bilirik ki, Moskvanın danıqşılar prosesindəki aktivliyi fonunda Paşinyanın belə bir təkliflə çıxış etməsi danışıqlar prosesini irəi aparmağa deyil, danışıqlardan yayınmağa xidmət edir. Bunun başqa adı yoxdur. Bir daha qeyd edirəm ki, İrəvan sülhdən yayındıqca danışqılar prosesindəki əhəmiyyətini itirəcək. Hətta zaman gələr ki, danışıqlar prosesi İrəvansız keçirilə bilər və belə bir hal da istisna deyil. Sadəcə İrəvana deyilər ki, əldə edilən razılığa imza at. Ermənistanında başqa alternativi olmadığından 10 noyabr 2020-ci ildə olduğu kimi, sənədə imza atmaq zorunda qalar. Çünki Ermənistanın yürütdüyü özünütəcrid siyasəti hadisələrin bu istiqamətdə inkişafına xidmət edir. Onsuz da son dövrlərdə sülh danışıqları bir çox hallarda Ermənistanın iştirakı olmadan keçirilməsi adi bir hal almaqdadır.
İstənilən halda sülh Azərbaycanın şərtləri daxilində mümkün olacaq. Bunun başqa alternativi yoxdur. Bunu Ermənistanı sülhə getməyə imkan verməyən havadarları da yaxşı bilir. Onların bu istəyi heç də Ermənistana olan sevgilərindən deyil, maraqlarının təmin olunmasından irəli gəlir".
Mürtəza
Demokratikmusavat.com