"Əmi" dediyi adama görə arvadının qatili oldu

 

Narkotikə görə həyat yoldaşının həyatına son qoyub. Bakı şəhər sakinləri Elgiz Nəbiyev (şərti ad və soyad) və Həmidə Vəliyeva (şərti ad və soyad) qohum olublar və sonradan nikah bağlayıblar.

Demokratikmusavat.com Baku TV-yə istinadən istinadən xəbər verir ki, Elgiz ailə qurduqdan sonra narkotik aludəçisi olduğunu etiraf edib, ailəsinin və özünün xahişi ilə müalicə müəssisəsinə yerləşdirilib. Elgiz 6 aydır narkotik vasitələrin təsirindən canını qurtarmaq üçün yatdığı müəssisədən evə buraxılmışdı.

Onu müəssisənin qarşısında həyat yoldaşı Həmidə qarşılayır və Elgiz deyir ki, artıq bundan sonra hər şey yaxşı olacaq. Günlər keçir, Elgiz hər axşam həyat yoldaşını işdən qarşılayır, gəzişir və evinə qayıdır. O, bu həyata daha çox bağlı olduğunu desə də, işsiz qaldığından narahatlığını bildirir.

Həmidə ona təsəlli verməyə çalışır və yeni başlanğıca inanır. Növbəti gün Elgiz yolda Pənahla (şərti ad) rastlaşır. Bu, vaxtilə ona narkotik satan adam idi. Pənah onu görən kimi "Əmi sənə nə qulluq etsin?", - deyir. Elgiz ona fikir vermədən yoluna davam edir.

O, küçə-küçə gəzib, müxtəlif yerlərdə iş axtarır, amma heç kim onu axtardığı işə uyğun görmür. Günün sonunda çarəsiz Elgiz bu çətinlik içində nə edəcəyini düşünür. Elgiz artıq hər şeydən bezərək depressiyaya düşməyə başlayır. Həmidənin onunla bacardığı qədər yaxşı davranmasının da artıq mənası yox idi.

Beləliklə, həmin gün o, Həmidənin iş yerinə gedir. Həmidəyə yalan danışaraq pulunu götürür və lazım olan adamın yanına qaçır. Elgiz Pənahla görüşür, ona pul verib əvəzində narkotik vasitə götürür. Pənah isə ona deyir ki, əgər hər nəsə lazım olarsa, "əmi həmişə qulluğundadır". Elgiz narkotik aldıqdan sonra yaşadığı mənzilə gəlir.

O, yenidən narkotiklərin toruna düşür. Həmidə işdən qayıdanda onun çaşqın olduğunu görüb hər şeyi başa düşür. Elgiz Pənahdan yenidən narkotik istəyəndə Pənah ona narkotiki pulsuz və ya az pulla verməyin mümkün olmadığını deyib. Elgiz əvvəlcə Həmidədən narkotik vasitə almaq üçün pul tələb edir. Amma Həmidə buna etirazını bildirəndə, onların arasında mübahisə yaranır və bu mübahisə böyüyərək konfliktə çevrilir. Daha sonra Elgiz evdəki küt alətlə onun baş nahiyəsinə zərbələr endirərək Həmidəni qətlə yetirir. O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçır. Sonra anlayır ki, bunun mütləq bir sonu olacaq, ona görə də, ərazi üzrə Polis İdarəsinə gedərək könüllü təslim olur.

 

0.15874409675598