Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

 

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması xidməti üçün açıq tender elan edib.

Demokratikmusavat.com xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 18-I, saat 17:00-a qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər. Tenderin ehtimal olunan məbləği 977,6 min manatdır.

Təkliflərə sentyabrın 18-I, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, AMB sığorta xidməti çərçivəsində 16 əməkdaşının özünü və ailə üzvlərinin sığortlanması üçün VİP paket (minimum 10 min manat), 885 əməkdaşı və onların 632 ailə üzvü üçün isə standart paket (minimum 5 min manat) satin alacaq.

 

0.14573907852173