Bakı Oksford Məktəbini alan yoxdur, 2 milyon ucuzlaşdı - MƏBLƏĞ

 

Bakı Oksford Məktəbi yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin hərraclar mərkəzinin vasitəsilə satışa çıxarılıb.

Demokratikmusavat.com xəbər verir ki, sözügedən bina Səbail rayonunda Badamdar qəsəbəsinldə yerləşir. 

İyul və avqust aylarında satışa çıxarılan obyektin ilkin qiyməti 22,2 milyon manatdır.

Bundan öncə Bakı Oksford Məktəbi hərracda 24,7 milyona təklif olunub.

Xatırladaq ki, Bakı Oksford Məktəbi həbsdə olan Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus idi. Bina müsadirə edilib və satışa çıxarılıb.

Hərracda iştirak etmək istəyənlər 2,2 milyon manat beh verməlidirlər.

0.18347716331482