Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

 

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb.

Bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.

Təqvim Planında prosesin avqustun 22-dək başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

0.18655300140381