Biz qanuni olaraq elə bir mərhələyə gəlmişik ki, Ermənistan bir subyekt kimi uzun müddətdir ki, nə regional ölkələr, nə də böyük güc mərkəzləri tərəfindən qəbul edilir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən hərbi ekspert Davit Camalyan deyib.
"Üstəlik, heç kim Ermənistanın bugünkü rəhbərliyini ciddi qəbul edə bilmir. Çünki biz burada müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşdurulması ilə məşğul oluruq. Problem ondadır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, regionda bir subyekt kimi erməni dövlətçiliyinin mövcudluğu müstəsna olaraq Rusiya və İrana sərf edir", - ekspert əlavə edib.
Onun fikrincə, hətta bugünkü Ermənistan rəhbərliyinin arxalandığı Qərb belə, İrəvanın maraqlarını müdüdafiə etmir. Əgər belə olmasaydı, o zaman ABŞ diplomatı O'Brayen açıq şəkildə Zəngəzur məsələsində İrəvanı kompromisə getməyə sövq etməzdi. "Biz bilirik ki, Azərbaycan heç nəyə güzəştə getməyəcək. Sizcə bu gün Əliyevdən güzəşt gözləmək olarmı, yox. Ona görə də kompromis pərdəsi altında bir şey aydın olur. Amerika tərəfi Ermənistandan güzəştlər gözləyir. Qərb tərəfinə dəhliz lazımdır, elə bir kommunikasiya ki orada erməni nəzarəti olmasın. Qərbə Rusiyanı təcrid etmək, enerji daşıyıcılarına, regional kommunikasiyalara tam nəzarət etmək, onların Avropaya çıxışını istiqamətləndirmək lazımdır. Qərbin Ermənistanla bağlı siyasətinə tamamilə anti-Rusiya kontekstində baxılır və ənənəvi olaraq belə olub".
Hərbi ekspret əlavə edib ki, Ermənistan bölgədəki oyunların qubanıdır: "Əlbəttə, qurbanıq, amma burada incə oyun var. Əliyev cəsarətli davranır. Axı o, Heydər Əliyevin oğludur və diplomatik təcrübəsi, savadı var. Düşməni də qiymətləndirmək lazımdır. Qərb də Azərbaycandan asılıdır. Qərb Turan dünyası ideyasını Rusiyaya qarşı silaha çevirib və Azərbaycanın ambisiyaları Qərbin təbliğ etdiyi anti-Rusiya siyasəti ilə tam üst-üstə düşür. Hər halda Əliyev Rusiya ilə münasibətləri kritik vəziyyətə gətirmir, onun üçün faydalı olan yerdə əməkdaşlıq edir. Həm də bu gün Rusiyanın müvəqqəti zəifliyindən ustalıqla istifadə edir. Qarşıdurmaya getmir".
Ekspert onu da bildirib ki, 2022-ci ildə Bakı ilə Moskva müttəfiqlik sazişi imzaladılar: "Rusiya Ukraynanın xüsusi əməliyyatından əvvəl Azərbaycanla bu addımı atdı ki, cənubda ikinci cəbhə açılmasın. Amma yenə də təbii müttəfiq deyillər... Buna baxmayaraq, bu münasibətlər Azərbaycan və Türkiyə problemləri qarşıdurmaya aparmır və Rusiya ilə münasibətləri müəyyən məsafədə saxlayır, öz maraqlarını ustalıqla irəli sürür".
Putinin səfərinə gəldikdə isə ekspert deyib ki, Putinin səfəri balanslaşdırılmış sülhü yaratmaq məqsədi daşıyır:
"Hakimiyyətdə kimin - Paşinyan və ya başqasının olmasından asılı olmayaraq, Ermənistan subyekt kimi Rusiyaya, eləcə də İrana həyati əhəmiyyət kəsb edir".
Mürtəza
Demokratikmusavat.com