Məşhur fransalı aktyor Alen Delon vəfat edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd edək ki, Alen Delon diffuz lenfoma və Alzheimer xəstəliyindən əziyyət çəkirdi. O, 2019-cu ildə ikiqat insult keçirib. Bundan sonra ictimaiyyət qarşısına çıxmayaraq qapalı həyat tərzi keçirib. Aktyor dəfələrlə deyib ki, evtanaziya ona ölmək üçün ən yaxşı variantdır.