İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Beton Konstruksiyaları" MMC-ni hərraca çıxarmağa hazırlaşır.
Demokratikmusavat.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 3-də, 10-da və 17-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.
1-ci hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.
2-ci hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.
3-cü hərraca isə "Bakı Beton Konstruksiyaları", 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. "Bakı Beton Konstruksiyaları" torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7 380 000 manat olan müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.