Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin dəyəri 708,1 milyon manat təşkil edib.
Bu barədə Demokratikmusavat.com a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Hesabat dövründə ictimai iaşə dövriyyəsi 422,9 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 % artaraq 1 milyard 3 milyon manat olub.