Paris-2024: Taekvondoçumuz finala yüksəlib - YENİLƏNİB

 

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.

Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***
Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

 

0.16714000701904