Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinat alıb.
Demokratikmusavat.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da təşkil ediləcək.
Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.