İran və Hizbullah hərəkatı yaxın 24 saat ərzində İsrailə hücum edə bilər.
Demokratikmusavat.com "Axios"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "Böyük yeddilər" (G7) xarici işlər nazirləri ilə telefon danışığı zamanı deyib.
Portalın yazdığına görə, Blinken G7 həmkarları ilə telefon danışığına təşəbbüs göstərərək onlardan İran və Hizbullaha diplomatik təzyiq göstərməklə gözlənilən hücumu minimuma endirməyi xahiş edib.
ABŞ dövlət katibi telefon danışığı zamanı həmkarlarının diqqətinə mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını çatıdırıb.
"Axios" həmçinin bildirib ki, Blinken İran və Hizbullahın İsraili vuracağına əmindir, lakin bu addımın konkret olaraq necə olacağı bəlli deyil.
O qeyd edib ki, Birləşmiş Ştatlar bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır.
Mürtəza
Demokratikmusavat.com