Fidan: Türkiyə bu halda Ermənistanla sərhədləri aça bilər

 

Türkiyə-Ermənistan sərhədi ancaq İrəvanla Bakı arasında münasibətlərin normallaşması fonunda açıla bilər. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara-İrəvan arasındakı son danışıqları şərh edərkən deyib.

“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Biz müsbət nəticə olacağı hala ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə işlər gedir. Normallaşma prosesi başa çatarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, - nazir  “Sabah” qəzetinə bildirib. 

Qeyd edək ki, iyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iki ölkənin sərhədində görüş keçirərək, ikitərəfli münasibətlərin ilkin şərt olmadan normallaşdırılması prosesini davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Mürtəza
Demokratikmusavat.com

0.1845600605011