Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının finalında Hidayət Heydərova məğlub olaraq gümüş medalla kifayətlənən fransalı idmançı Con Benjamin Qaba azərbaycanlı cüdoçu haqqında təəssüratlarını bölüşüb.
Oxu.Az xəbər verir ki, 23 yaşlı idmançı Fransa mətbuatına açıqlamasında final qarşılaşmasının çox gərgin keçdiyini vurğulayıb:
"Mən var qüvvəmlə mübarizə aparırdım, qızıl medalı əldə etməyə çalışırdım. Heç kim buna inanmasa da, mən özüm sona qədər inandım. Təbii ki, medal qazandığım üçün sevinirəm. Növbəti dəfə qızıl uğrunda mübarizə aparacağam".
Con Benjamin Qaba etiraf edib ki, finalda qarşılaşdığı Hidayət Heydərov çox güclü rəqibdir:
"Düşünürəm ki, yaxşı mübarizə apardım. Məğlubiyyətə görə heç kimi günahlandırmıram. Heydərov çox güclüdür".