Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub.
"Sabah"la Hayfa "Makkabi"sinin cütünun qalibi növbəti mərhələdə "Sent Patriks" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundda ilk oyunu səfərdə oynayacaq.
"Zirə"nin "Dunayska Ştreda" ilə mübarizəsində sevinəcək tərəf "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasalar, növbəti raundda ilk matçı səfərdə oynayacaqlar.
"Sumqayıt"ın "Fehervar"la mübarizəsində qalib gələcək komanda "Omoniya" (Kipr) - "Torpedo" (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsələr, III təsnifat mərhələsinə səfərdə start verəcəklər.
Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.
***
11:32
Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.
Püşkatma zamanı "Sabah" - "Makkabi" cütü səpələnmişlərdə olacaq. "Sumqayıt" - "Fehervar" və "Zirə" - "Dunayska Ştreda" cütləri isə səpələnməmişlər sırasında yer alacaq.
Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.