Azərbaycanlı hücumçu Andrea Pirlonu məyus etdi

 

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su növbəti yoxlama oyununa çıxıb.

Demokratikmusavat.com xəbər verir ki, Almaniya təmsilçisi İtaliyanın “Sampdoriya” komandası ilə üz-üzə gəlib.

Oyun “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlonun çalışdırdığı “Sampdoriya”nın qapısına matçın 13-cü dəqiqəsində Rüfət yol tapıb. O, 61-ci dəqiqədə əvəzlənib.

0.22334504127502