Özbəkistanın Yunusabad Rayon Məhkəməsi kriminal dairələrdə “Bəxti Daşkentski” və “Baxti Yangiabadski” kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayevi 20 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Özbəkistanın yeganə “qanuni oğru”su 44 maddə üzrə, o cümlədən cinayətkar birlik təşkil etmək, hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərər vurma və narkotik vasitə saxlamaqda təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Bəxtiyor Küdrətullayev 2023-ci il noyabrın 28-də digər 200 cinayət başçısı ilə birlikdə Daşkənddə saxlanılıb.