Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb

 

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb.

Ölkə.Az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

0.16889309883118