Qızıl bahalaşır - SƏBƏB

 

Qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin açıqlamalarından sonra yüksəlib.

Demokratikmusavat.com ın məlumatına görə, qızılın bir unsiyası 0,26 faiz bahalaşaraq 2 429 dollara satılıb.

Belə ki, FED sədri Cerom Pauell dünən ABŞ-də ikinci rübdə açıqlanan inflyasiya rəqəmlərinin hədəflənən 2 faiz səviyyəsinə davamlı şəkildə düşdüyünə dair inamının artırdığını söylədi. Bu da uçot faiz dərəcəsinin endiriləcəyi ilə bağlı gözləntiləri artırıb.

Bazar FED-in sentyabr ayında faiz dərəcələrini 0,25 bənd endirəcəyini düşünür.

Könül
Demokratikmusavat.com

 

0.13655304908752