Mehdiyevlərin bankının qazancı azalır

 

“Bank BTB” ASC-nin xalis mənfəəti azalıb.

Demokratikmusavat.com ”ın məlumatına görə, 2024-cü ilin ikinci rübündə bankın mənfəəti 226 min manat təşkil edib. 

Bu isə 2023-cü ilin ikinci rübü ilə müqayisədə 26,9% azdır.

Sözügedən dövrə bankın xalis faiz gəliri 5 mln 942 min manat, xalis faiz xərcləri isə 3 mln 637 min manat təşkil edib. Əməliyyat mənfəəti 2 mln 304 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 708 min manat ayırıb və gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərci 2 mln 786 min manat təşkil edib. Nəticədə, bank cari ilin ikinci rübünü 226 min manat xalis mənfəətlə başa vurub.

Ümumilikdə, bankın cəmi aktivləri illik müqayisədə 3,9% azalaraq 366 mln 259 min manat, cəmi öhdəlikləri 5,2% azalaraq 313 mln 617 min manat təşkil edib.

“Bank BTB” ASC-nin cəmi kapitalı isə 4,7% artaraq 52 mln 642 min manat olub.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza adiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir.

Könül
Demokratikmusavat.com
 

0.14039611816406