Paralel.az "a verilən məlumata görə ..."> Paralel.az "a verilən məlumata görə ...">

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb

 

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-dən Demokratikmusavat.com a verilən məlumata görə, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır. 2021-2023 -cü illərdə son iş yeri olan Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışmış Turqay Zeytingözün karyerasında daha əvvəl aşağıdakı fəaliyyətləridə olmuşdur.

2011-2017 -ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. O həm də, 2010-cu ildən etibarən "Banvit" basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib. O 10 il davam edən "Banvit" karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. "Banvit" in ikinci komandası "Bandırma Kırmızı" ilə ikinci liqada çempionluq (2011), "Banvit" ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.

0.14098310470581