Paralel.az " xəbə ..."> Paralel.az " xəbə ...">

"Qarabağ" yoxlama görüşündə qələbə qazandı

 

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

Demokratikmusavat.com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

0.14312887191772