Bakıda qardaş bacısını əxlaqsızlığa sövq edən anasının qatili oldu - Hadisənin DETALLARI - VİDEO

 

Oğul bacısını əxlaqsız yola sövq edən anasını qətlə yetirib.

Belə ki, Sərdar Qasımov (Ad-soyad şərtidir) rayondan Bakıya, anası Mənzərin işlədiyi kafeyə gəlib və ona bacısı Aynurun əxlaqsız yola düşdüyünü öyrəndiyini və internetdə şəkillərini gördüyünü bildirib.

O, anasından bacısının yerini soruşub. Mənzər isə qızının yerini deməkdən imtina edib və Sərdara bildirib ki, onların həyatına qarışmasın. Sərdar kafenin yaxınlığında dayanıb anasını izləməyə başlayıb. Başa düşüb ki, anası Mənzər ona yalan danışır və bacısı haqqında həqiqəti gizlədir.

Mənzər Sərdarın bir xəta törədə biləcəyindən qorxduğu üçün Aynura zəng edir və Sərdarın Bakıya gəldiyini, onu axtardığını deyir. O, qızına da diqqətli olmağı tövsiyə edir. Həmin gün Sərdar həmyerlisi Fəraməzin yanına gəlir və qalmağa yerinin olmadığını deyir. Fəraməz yaşayış massivində nəzarətçi işlədiyi yerdə gecələmək üçün ona yer verir.

Sərdarın beyninə bacısı və anasının əxlaqsızlıqla məşğul olması haqqında ağlasığmaz fikirlər gəlir. Qərara gəlir ki, nə olursa-olsun, bu gün bacısını tapmalıdır. Mənzər həmin gecə yata bilmir, ona görə də səhər Aynurun çalışdığı gözəllik salonuna gedir və ona "Aynur, bir neçə gün işə getmə, deyəsən, Sərdar dəli olub. Səni də, məni də öldürəcək, bilirəm" deyir. Aynur ona sakit olmağı, bu gün işdən tez çıxacağını, başqa yerə gedib gizlənəcəyini deyir. Aynur tələsik işini bitirib çıxmaq istədiyi an Sərdar zala daxil olur. O, Sərdarı görən kimi yerində donub qalır. Qardaşına "Gəl, başqa yerdə danışaq, vəziyyət sənin bildiyin kimi deyil" deyəndə Sərdar "Sən pozğunsan, tanışlıq saytında kişilərlə yazışırsan, onlarla görüşürsən, səni öldürəcəyəm" cavabını verir və bacısının boğazından yapışır.

Aynur Sərdara artıq bir ay olar ki, bütün pis əməllərdən uzaqlaşıb salonda işləməyə başladığını deyir və bundan əvvəl bütün əxlaqsız əməllərə onu anası Mənzərin sövq etdiyini bildirir. Sərdar bacısına inanır və anasının yanına gedir. O, əsəbi halda iti addımlarla Mənzəri izləyir və yaşadığı binaya girərkən anasını yaxalayır. Mənzər Sərdardan onu bağışlamasını xahiş edir. Lakin Sərdar heç nəyə məhəl qoymur, özü ilə gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək anasını qətlə yetirir.

Ətraflı Baku TV-nin süjetində:

0.12920212745667