Azərbaycanda pul bazasının həcmi açıqlanıb.
“Demokratikmusavat.com ” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2024-cü il iyunun 28-nə pul bazası 20 401,0 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 999,3 mln. manat və ya 10,9% çoxdur.
İyun ayı ərzində isə pul bazası 453 mln. manat və ya 2,3% artıb.