Hərbçilər üçün 35 milyon manat ayrılacaq

 

Ordu quruculuğunun genişləndirilməsi və hərbçilərimizin sosial təminatının daha da gücləndirilməsi Azərbaycanda prioritet istiqamətlərdəndir. 

Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu il hərbçilər üçün 35 milyon manat ayrılacaq:

"2024-cü ilin dürüstləşdirilmiş büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 705 milyon manat artırılaraq 7 milyard 126 milyon manata çatdırılır. Bu il hərbçilərimizin mənzil şəraitinin daha da yaxşılaşdırılması üçün büdcədən 35 milyon manat ayrılacaq".

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda formalaşan yeni düzən ordu quruculuğunda yeni mərhələnin başlanmasına şərait yaradıb. 

"Dünyanın ən güclü 50 ordusu siyahısında olan Azərbaycan silahlı qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa edib", - deyə V. Bayramov əlavə edib.

Könül
Demokratikmusavat.com

 

0.14128398895264