Polisləri öldürən Rövşən evinə çoxlu sayda kamera quraşdırıbmış - VİDEO

 

Xəbər verdiyimiz kimi, bu gün axtarışda olan cinayətkar onu həbs etmək üçün evinə gələn 3 polis əməkdaşını və 1 qonşunusu qətlə yetirib. 

Lent.az-ın əməkdaşı hadisə baş verən evdə olub, oradakı vəziyyəti müşahidə edib. 

Əməkdaşımızın apardığı müşahidələr zamanı məlum olub ki, hadisəni törədən Rövşən Allahverdiyevin yaşadığı evin girişindəki qapıya kod qoyulub. Girişdə həmçinin çoxlu sayda müşahidə kameraları quraşdırılıb. 

Ehtimal olunur ki, Rövşən evə gəlib-gedənlərin izləmək üçün bu qədər kamera quraşdırıb. 

Hadisə yerini müayinə edən kriminalistlər kamera görüntülərini götürüblər. 

Ərazidən çəkilmiş görüntüləri təqdim edirik: 

Cinayətkar polisləri necə güllələyib?

Yerli xəbər saytlarının yazdığına görə, Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb.

Rövşən Allahverdiyevin evdə olmasına dair məlumat alan polis əməkdaşları onun mənzilinə gediblər.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub.

Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

 

0.11156702041626