Nasdaq birjasında satılan Kaliforniya mərkəzli çip istehsalçısı "Nvidia"nın səhmləri 3%-dən çox dəyər qazanaraq 135,96 dollara yüksəlib.
Demokratikmusavat.com xəbər verir ki, səhmlərinin bahalaşması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb.
Beləliklə, "Microsoft"un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən "Nvidia" dünyanın ən dəyərli şirkəti oldu.
Qeyd edək ki, "Nvidia"nın səhmləri süni intellekt çiplərinə tələbat artmaqda davam etdiyi üçün ilin əvvəlindən 170%-dən çox dəyər qazanıb.
Şirkətin bazar dəyəri iyunun əvvəlində ilk dəfə olaraq 3 trilyon dolları keçib.