Dünən paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında kütləvi dava-dalaş olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı naməlum şəxs xuliqanlıq zəminində Bərdə rayon sakini 1978-ci il təvəllüdlü S.Əliyevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib.
Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirib. Hadisəni törətmiş Neftçala rayon sakinləri - 2000-ci il təvəllüdlü Şədiyar Zamanov, 2002-ci il təvəllüdlü Valeh Heybətov və İsmayıllı rayon sakini 2003-cü il təvəllüdlü Kənan Abbaslı polis tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.