Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

 

Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

“Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri İspaniyanın Fələstini tanınmaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.

 

0.16203999519348