Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə azyaşlı qızı ilə qeyri-əxlaqi videolar paylaşan qadın məsuliyyətə cəlb edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Ölkə.Az-ın sorğusuna cavab olaraq uşağın anadan alındığını deyib:
"Uşaq anadan alınaraq sığınacağa yerləşdirilib. Sözügedən qadın məsuliyyətə cəlb olunub. Məsələ ilə bağlı araşdırmalar davam edir".
Qeyd edək ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır.
Məlumata görə, qadın sosial şəbəkələrdə canlı yayım açaraq qızının bədənin müxtəlif hissələrini nümayiş etdirib.
Billurə Yunus