2023-2024-cü tədris ili ərzində 130 nəfər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib.
Bu barədə Ölkə.Az-a İdarədən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə imtahan və müsahibələrdə uğur qazanmış şəxslər aşağıdakı vəzifələrə təyin edilib:
42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini,
14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı,
4 nəfər psixoloq,
34 nəfər laborant,
4 nəfər kitabxanaçı,
2 nəfər kitabxana müdiri,
6 nəfər uşaq birliyi təşkilatı rəhbəri,
20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri
4 nəfər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilib.