Mask şirkətlərində "Apple" məhsullarını qadağan edəcəyini açıqladı

 

 

“Apple” bazar ertəsi uzun müddətdir ki, gözlənilən süni intellekt strategiyasını təqdim etdi. Şirkət yeni “Apple Intelligence” texnologiyasını “Siri” səs köməkçisi də daxil olmaqla proqramlar toplusuna inteqrasiya etdi və “OpenAI”-nin “ChatGPT” “chatbot”-unu cihazlarına gətirdi.

Demokratikmusavat.com xəbər verir ki, təqdimat zamanı “Apple” tərtibatçıları, o cümlədən CEO Tim Kuk, “Siri”-nin mesajlar, e-poçt, təqvim və əlavə proqramlar ilə necə qarşılıqlı əlaqə quracağından danışdılar; səs köməkçisi vəziyyətdən asılı olaraq elektron məktublar yaza və səs tonunu dəyişə biləcək.

“iPhone” istehsalçısı həmçinin, yeni xüsusiyyətlərin əsasını məxfiliyin təşkil edəcəyini və bununla rəqibləri “Microsoft” və “Google”-dan fərqlənməyi planlaşdırdığını da bildirdi.

Lakin, “Wall Street”, yeni maraqlı süni intellekt xüsusiyyətlərini və “Apple”-ın bu sahədə bazar lideri “Microsoft” ilə rəqabət apara biləcəyinə dair təminatlarlar gözləsə də, tədbirdə gördüklərini xoş qarşılamadı: “Apple” səhmləri təxminən 2% dəyər itirdi.

Konfransda nümayiş etdirilən süni intellekt xüsusiyyətləri “Apple” cihazları üçün təqdim edilən yeni əməliyyat sistemi ilə birlikdə təqdim olunacaq.

“SIRI” YENİLƏNMƏSİ

“Siri” “ChatGPT”-nin təcrübəsindən istifadə edəcək və “Apple”-ın “Microsoft” tərəfindən dəstəklənən startapla əməkdaşlığının bir hissəsi kimi istifadəçilərdən “OpenAI” xidmətinə daxil olmaq üçün icazə istəyəcək.

Lakin, bu əməkdaşlıq dərhal məxfiliklə bağlı suallar doğurdu.

“Tesla”-nın baş direktoru İlon Mask “X” sosial şəbəkəsində yazıb ki, əgər “iPhone” istehsalçısı startapın texnologiyasını əməliyyat sistemi səviyyəsində inteqrasiya edərsə, o, öz şirkətlərində “Apple” cihazlarından istifadəni dərhal qadağan edəcək.

“ChatGPT” inteqrasiyası 2024-cü ilin sonunda, digər süni intellekt xüsusiyyətləri ilə birlikdə istifadəyə veriləcək. “Apple” müştərilərə “chatbot”-a pulsuz daxil ola biləcəklərini və istifadəçilərin məlumatlarının qeydə alınmayacağını əlavə edib. (cbs.news)

0.14548206329346