Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, əvvəlcə 22 iyun tarixində Neftçalada 17 yaşlı qızın toyu olacağı barədə məlumat paylaşıb. Daha sonra isə toyun qarşısının alındığını yazıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da faktı təsdiqləyib.
Məsələnin detalları barədə məlumat verilməyib.