ABŞ-də məhkəmə Baydenin oğlunu təqsirli bildi

 

ABŞ-də andlılar məhkəməsi hazırki Prezident Co Baydenin oğlu Hanter Baydeni qanunsuz silah əldə etmə, saxlama, eləcə də narkotik vasitələrdən qeyri-qanuni istifadə maddələri üzrə təqsirli bilib.

APA-nın “Fox News”a istinadən məlumatına görə, 2018-ci ildən başlayan istintaq və məhkəmə prosesi bu gün yekunlaşıb.

ABŞ qanunvericiliyinə əsasən, narkotik vasitələrin istifadəçilərinə odlu silah saxlamaq qadağan edildiyindən Hanter Bayden məsuliyyətə cəlb edilib. Günahı sübuta yetirilərsə, onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyir.

0.15545701980591