Hakan Fidan Putinlə görüşəcək

 

Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidanı prezident Vladimir Putin qəbul edəcək.

Ölkə.Az xəbər verir ki, xarici işlər naziri Hakan Fidan BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Nijni Novqorodda keçiriləcək BRICS+ Sessiyasında iştirak etmək üçün getdiyi Rusiyada görüşlərini davam etdirir. 

Fidan səfər çərçivəsində RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və digərləri ilə görüş keçirib.

Hakan Fidanı bu gün isə prezident Putin qəbul edəcək. Görüşdə regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Mürtəza
Ölkə.Az

0.1578848361969