Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı problem hələ də həllini tapmayıb və bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Ziraat” dövlət bankının Ankaradakı nümayəndəsi RİA Novosti-yə bildirib.
"Hazırda vəziyyətə təsir edən heç bir əsaslı dəyişiklik yoxdur", - bankın nümayənfəsi bildirib. Onun sözlərinə görə, problemin nə vaxt həll olunacağı məlum deyil. "Ziraat”, cəmi aktivləri 110 milyard dollardan çox olan Türkiyənin ən böyük dövlət banklarından biridir və kredit təşkilatı 18 ölkədə fəaliyyət göstərir və əsasən korporativ müştərilərə xidmət göstərir. Türkiyə bankları 2024-cü ilin yanvarında Rusiyadan ödənişləri bloklamağa başlayıb. "Bloklama” demək olar ki, ümumi xarakter alıb və ticarətdən tutmuş turizmə qədər bütün sektorlara təsir edir. Eyni zamanda, milli valyuta ilə ödənişlər də risk altındadır.Türkiyə bankları Rusiyadan nə lirə, nə də rubl qəbul edir. Buna səbəb kimi ABŞ prezidenti Co Baydenin fərmanı göstərilir. Bu fərmana əsasən ABŞ Maliyyə Nazirliyi Rusiyadan sanksiya tətbiq edilmiş şəxslərlə işləyən və ya Rusiya hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq edə bilər. Fevral ayından Türkiyə bankları müəyyən güzəştlər tətbiq edib: onlar turizm, qida, tibb, tekstil və təhsili əhatə edən "yaşıl siyahı"dan mal və xidmətlər üçün ödənişlərə icazə veriblər. Lakin hesablamalarla bağlı problemlər hələ də qalmaqdadır. Bunu aprel ayında Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov etiraf edib və qeyd edib ki, danışıqların davam etməsinə baxmayaraq, vəziyyət həll olunmaqdan uzaqdır. O, baş verənlərə görə "Rusiya-Türkiyə ticarət-iqtisadi əməkdaşlığının qurulmasını məhv edən amerikalıları və Avropa İttifaqdan olanları” günahlandırıb. Birinci rübün sonunda Türkiyənin Rusiya Federasiyasına ixracı 33,7% azalıb və 2023-cü ildə kəskin artımdan sonra praktiki olaraq müharibədən əvvəlki səviyyəyə - ayda 500-600 milyon dollara qayıdıb. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə fevralın ortalarında baş tutmalı olan səfərini ləğv edib. Mayın əvvəlində prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, səfər "gündəmdə qalır”, lakin konkret tarixlər hələ razılaşdırılmayıb. Lakin Putinin Ankaraya səfərinin vəziyyətə təsir etmə ehtimalı azdır. Xüsusilə, Rusiyanın ödənişlərlə bağlı problemlərlə üzləşdiyi Çinə də son səfəri heç bir müsbət dəyişikliyə səbəb olmayıb. "Böyük maliyyə institutlarının davranışının motivlərini başa düşmək olar – heç kim heç bir itki yaşamaq istəmir” deyən Putin Pekini "dövlət səviyyəsində” həll yolu axtarmağa çağırıb.