BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.
“Ölkə.az” xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.
Yalnız Rusiya səsvermədə bitərəf qalıb.
ABŞ-ın təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Bunlardan birincisi, HƏMAS razılaşmanı qəbul etməli və həmçinin bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir.
Bundan əlavə, sənəddə vurğulanıb ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq.
Qətnamədə həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməli, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqləməlidirlər.