"Ukraynanın böyük mineral ehtiyatları var. Rusiya qalib gəlsə, bu resursların bir hissəsi Çinə gedəcək".
"Ölkə.az" xəbər verir ki, bunu "CBS News" telekanalına müsahibəsində respublikaçı senator Lindsi Qrem deyib.
"Ukraynalılar 10-12 trilyon dollar dəyərində kritik minerallar üzərində oturublar. Onlar bütün Avropanın ən zəngin ölkəsi ola bilərlər. Mən bu pulu və bu aktivləri Çinə vermək istəmirəm. İndi Ukraynaya kömək edin. Onlar bizim xəyal edə biləcəyimiz ən yaxşı iş ortağı ola bilərlər", deyə amerikalı siyasətçi bildirib.
Onun sözlərinə görə, 10-12 trilyon dollar dəyərində kritik əhəmiyyət kəsb edən mineral aktivləri Rusiya və Çin deyil, Ukrayna və Qərb istifadə edə bilər.
"Gəlin onlara uduzmağı gözə ala bilməyəcəyimiz müharibədə qalib gəlməkdə kömək edək. Gəlin bu müharibənin həllini tapaq. Onlar qızıl damarda oturublar", deyə siyasətçi vurğulayıb.(Qaynarinfo)