ABŞ-nin BMT-dəki nümayəndə heyəti bazar ertəsi Təhlükəsizlik Şurasında keçiriləcək səsverməyə hazırlıq çərçivəsində Qəzza zolağında atəşkəslə bağlı yenidən işlənmiş qətnamə layihəsini təqdim edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
KİV-lərin məlumatına görə, sənəddə HƏMAS ABŞ Prezidenti Cozef Baydenin mayın 31-də təqdim etdiyi sxemi qəbul etməyə çağırılır. Qeyd edilib ki, İsrail artıq onunla razılaşıb.
Bildirilib ki, dəyişikliklər İsrailin iyunun 6-da yayılan qətnamə layihəsinin əvvəlki variantı ilə razılaşmadığını bildirməsindən sonra edilib.