Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə hərbi yük maşınının yanında bombanın partlaması nəticəsində çox sayda hərbçi həlak olub.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" Pakistan ordusuna istinadla məlumat yayıb.
Hadisə sərhədin hər iki tərəfində qəbilə bölgəsi ilə həmsərhəd olan Lakki Marvat rayonunda baş verib.
Ordunun bəyanatında deyilir ki, əldəqayırma partlayıcı qurğunun hərbi maşının yaxınlığında partlaması nəticəsində biri zabit olmaqla 7 hərçi həlak olub.