Nüvə müharibəsi hər gün başlaya və o ölkəni MƏHV EDƏ BİLƏR

 

"Qərbin başlatdığı dünya müharibəsi Polşanı məhv etməyə qadirdir".

"Ölkə.az" xəbər verir ki, "Myśl Polska"nın köşə yazarı Lukasz Jastrzębski bu qənaətə gəlib.

"Dünya incə bir xətt üzərində tarazlıq qurur", - siyasi analitik deyib.

Onun fikrincə, Qərb tədricən polis superdövlətinə çevrilir və öz iradəsini başqa xalqların üzərinə sırıyır. O qeyd edib ki, varlı elita hərbi qarşıdurmaya qlobal maliyyə sisteminin gözlənilən çöküşündən xilas kimi baxır.

Politoloqun fikrincə, nüvə müharibəsi hər gün başlaya bilər. O, bunu polyaklar üçün ölümcül adlandırıb, çünki hərbi əməliyyatlar Polşa millətini məhv edə bilər.

Xatırladaq ki, iyunun 7-də ABŞ prezidentinin xüsusi köməkçisi Pranay Vaddi bildirib ki, ABŞ prezidenti Co Bayden Vaşinqtonun nüvə silahından istifadə şərtləri ilə bağlı yeni təlimatlar imzalayıb.(Publika.az)

0.17062997817993