Dağıstanda idmançının meşədə meyiti tapıldı: Müəmmalı ölüm

 

Sürətli arıqlama üzrə Dağıstan rekordçusu Bahama Ayqubovun meşədə meyiti tapılıb. Onun başından yaralandığı bildirilib.

70 yaşlı təqaüdçünün səhhətindən şikayəti olmayıb. Dünən o, atlara yem verməyə gedib və evə qayıtdıqdan sonra yadına düşüb ki, telefonunu qohumlarıgildə qoyub. Onu bir daha sağ-salamat görən olmayıb.

Cəsəd çayın yaxınlığında tapılıb. Ailə bunun bədbəxt hadisə olduğuna inanmır. Deyirlər ki, meyitin tapıldığı yerdə adamın başına dəyəcək bir daş belə yoxdur.

 

0.17581915855408