Yeni Kaledoniyadakı iğtişaşlarda ölənlərin sayı çoxaldı

 

Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilib ki, daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib.

Xatırladaq ki, Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb.

0.16474509239197