“Azərbaycan Hava Yolları” QSC (AZAL) çevik qiymət siyasətinə keçməlidir.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, uçuşa bir neçə gün və ya saat qalmış ciddi endirimlər edilməlidir:
"Bakı-Sofiyaya səfəri zamanı təyyarənin cəmi 15-20%-i dolu idi. Mən bileti 1 ay öncə gediş/dönüş üzrə 545 manata almışdım. Doluluğun aşağı olması səbəbindən AZAL çevik qiymət siyasətinə keçməlidir. Görəndə ki, təyyarə dolmur, bilet az satılır, uçuşa bir neçə gün/saat qalmış ciddi endirim edilməlidir".
Ekspert deyib ki, bu addım yaxşı reklam olunsa və ya AZAL tətbiqi üzərindən insanlara mesaj göndərilsə, vizası olanlar ucuz bilet alıb uçmağa çalışacaq: "Dünyada çoxdan belə yanaşma tədbiq olunur. Bu halda təyyarə də cəmi 20% doluluqla uçmaz".
"Qiymət siyasətinin çevikliyi avia-şirkətlərə qazanc gətirir. AZAL-da isə qiymətlərə sanki "müqəddəs" yanaşma var - bu, doğru deyil, ziyanlıdır", - deyə N. Cəfərli əlavə edib.
Könül
Ölkə.Az