Bu qurum 3 vəzifəyə işçi axtarır

 

Azərbaycan Notariat Palatası bir sıra vəzifələr üzrə vakansiya elan edib.

Ölkə.Az-ın məlumatına görə, qurumda rəis müavini, baş məsləhətçi və mətbuat katibi vəzifələrinə işçi axtarırlır. 

Hər 3 vəzifə üçün iş şərtləri həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək müəyyən edilib.
Qurumla əməkdaşlıq edəcək şəxslərlə əmək müqaviləsi bağlanacaq. Namizəd mütləq ali təhsilli olmalıdır.

Hüquq üzrə ali təhsil alanlar, azı 5 il tədris təcrübəsi olanlar, azı 1 xaici dil bilənlər və  Microsoft Office (Word, Excel, Power Point) proqramlarını bilənlər sözügedən vəzifələrdə işləyə bilər.
Mətbuat katibi vəzifəsi üçün namizəd olan şəxslərdən isə mətbuat sahəsində azı 5 il iş təcrübəsi tələb olunur.

Palatanın fəaliyyəti haqqında www.aznotary.az saytından ətraflı məlumat ala bilərsiniz.

Billurə

0.21669816970825