Xəbər verdiyimiz kimi, Zaqatalanın Yuxarı Tala kəndində atasının il mərasimində qızı Nətəvan Əhmədova güllələnib.
Ölkə.Az xəbər verir ki, qətlə yetirilən 44 yaşlı N.Əhmədovanın müəllim olduğu üzə çıxıb.
Belə ki, o,Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbində işləyib.
Məlumata görə, mərhum 2 övlad anası olub.
Qeyd edək ki, şübhəli kimi onun qardaşı Nurlan Əsgərov saxlandılıb.
35 yaşlı qardaşın 44 yaşlı bacısını ov tüfəngi ilə qətlə yetirdiyi bildirilir.
Rayon prokurorluğunun məlumatına görə, N.Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, N.Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Onun üzərində indi də məhkumluğu olduğundan elektron qolbaq daşıyırmış.
N.Əsgərovun yaxınları deyiblər ki, son vaxtlar o əsəb sistemində yaranan problemlərə görə dərmanlar içirmiş.
Billurə