Evdən pul oğurlayaraq sevgilisinə verən yeniyetmə polislər tərəfindən müəyyən olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Goradil bağlar sahəsindəki evlərin birindən 1840 manat pulun oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı oğurluq edən şəxsin ev sahibinin yeniyetmə qızı olduğu müəyyən edilib.
Aytac Həsənova (şərti) evdən götürdüyü pulu Abşeron rayon sakini olan sevdiyi yeniyetmə oğlana verib.
Faktla bağlı araşdırma aparılır.