Belqordda yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı açıqlandı - YENİLƏNİB

 

Belqorodda binanın uçması nəticəsində ikisi uşaq olmaqla daha üç nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bununla da dağıntılar altından ümumilikdə 11 cəsəd çıxarılıb.

***

Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: “SHOT” “Telegram” kanalı

***

Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.

Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.

 

0.25410294532776