Putin komandasını yenidən formalaşdırır

 

Andiçmə mərasimindən sonra Rusiya prezidenti Vladimir Putin istefaya gedən hökuməti yenidən formalaşdırmağa başlayıb.

Ölkə.Az xəbər verir ki, hökuməti formalaşdırmaq üçün Putin ilkin olaraq baş nazir postuna namizədini irəli sürüb.
Bu məqsədlə Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin baş nazir postuna namizədliyini Dövlət Dumasına təqdim edib.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib.

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən dərhal sonra Mixail Mişustinin başçılığı ilə nazirlər kabineti istefa verib. Baş nazirin namizədliyi Dövlət Dumasının mayın 10-da keçiriləcək plenar iclasında təsdiqlənəcək. Bundan sonra hökumət yenidən formalaşdırılmağa başlanacaq.

Mürtəza
Ölkə.Az

0.24580121040344