Hacı Şahinin "Youtube" kanalı bərpa olundu

 

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin "Youtube" kanalı fəaliyyətini bərpa edib.

Ölkə.Az xəbər verir ki, artıq sözügedən platformada din xadiminin çıxışlarını əks etdirən videolar yer alıb.

Sonuncu dəfə təxminən 15 dəqiqə öncə "Hacı Şahin Həsənli" kanalına video yerləşdirilib.

Qeyd edən ki, bir müddət öncə mərhum ilahiyyatçının adını daşıyan rəsmi sosial media hesablarına kiberhücum olmuşdu. Bu barədə "Facebook"da fəaliyyət göstərən hesabı məlumat yaymışdı. "Youtube" kanalı ələ keçdikdən sonra orada olan videolar silinmişdi.

 

0.16008901596069